WP: HƏMAS ideri özünü girovlardan ibarət “insan qalxanı” ilə mühasirəyə alıb

2024/02/1709010853.jpg
Oxunub: 138     05:48     27 Fevral 2024    
Fələstinin HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar anklavda girovlardan ibarət “insan qalxanı” ilə əhatə olunmuş tunellər şəbəkəsindədir.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Sinvar tunellərdə gizlənir, onu ələ keçirərək məhv etmək istəyən İsrail ordusuna mane olmaq üçün özünü girovlardan ibarət canlı qalxanla əhatə edib.

Rəsmilər qeyd edib ki, onun yerini tapmaq da çətin deyil. Belə ki, HƏMAS lideri doğulduğu Xan Yunis şəhərinin altında qazılan tunellər şəbəkəsindədir.

Vurğulanıb ki, Sinvarın zərərsizləşdirilməsi girovların ölümü və yaralanması ilə nəticələnə bilər ki, bu da mübadilə razılaşması əldə etmək səylərini sarsıdacaq. Adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib: “Söhbət onun yerini tapmaq deyil, girovların həyatını riskə atmadan bununla bağlı nəsə etməkdən gedir”.

İsrailin indiki və keçmiş rəsmiləri dəfələrlə bəyan ediblər ki, Sinvar ələ keçirilməyənə, öldürülənə və ya heç olmasa radikal hərəkata rəhbərlik edə bilməyənə qədər yəhudi dövləti Qəzza zolağında hərbi əməliyyatı dayandırmayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   HƏMAS  


Bizi "telegram"da izləyin