Qəzzada atəşkəs martın 4-dək əldə edilə bilər

2022/02/IMG_2-1645732614.jpg
Oxunub: 122     05:12     27 Fevral 2024    
ABŞ prezidenti Cozef Bayden Qəzza zolağında atəşkəs razılaşmasının gələn bazar ertəsi, martın 4-nə qədər əldə olunacağına ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Ümid edirəm ki, həftə sonuna qədər nəticə olacaq. Milli təhlükəsizlik üzrə köməkçim Ceyk Sallivan mənə deyir ki, biz atəşkəs razılaşmasına yaxınıq, lakin biz hələ məsələ üzərində işi bitməmişik. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər atəşkəs razılaşması əldə edəcəyik”-deyə, Bayden vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   ABŞ  


Bizi "telegram"da izləyin