KİV: Bayden və Tramp ABŞ-Meksika sərhədinə səfər etmək niyyətindədirlər

2024/02/1709010249.jpg
Oxunub: 107     00:51     27 Fevral 2024    
ABŞ prezidenti Co Bayden və keçmiş ABŞ lideri Donald Tramp fevralın 29-da Texasda ABŞ-Meksika sərhədinə səfər etməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin mənbələrindən birinin məlumatına görə, hazırkı prezident Bayden Texasın Braunsvil şəhərinə səfər etməyi planlaşdırır. Başqa bir mənbənin sözlərinə görə, Tramp kampaniyası öz növbəsində səfərinin dəqiq yeri ilə bağlı hələ qərar verməyib, baxmayaraq ki, siyasətçilərin müxtəlif yerləri ziyarət edəcəyi gözlənilir.

Qeyd olunur ki, həm Bayden, həm də Tramp səfərləri zamanı miqrasiya siyasəti ilə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

Hər iki səfər martın 5-də, 15 ştatda və ABŞ-ın xarici ərazisi statusuna malik Amerika Samoasında eyni vaxtda ilkin prezident seçkilərinin keçiriləcəyi Super Çərşənbə axşamı günündən əvvəl baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Tramp   ABŞ   Meksika  


Bizi "telegram"da izləyin