Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə sərhədləri bağlayacağına söz verib

2024/02/1707539518.jpg
Oxunub: 200     00:08     27 Fevral 2024    
Keçmiş Amerika lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini dərhal bağlayacağına söz verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən sizin prezidentiniz olanda biz dərhal sərhədi bağlayacağıq, (miqrantların – Red) işğalını dayandıracağıq və Amerika tarixində ən böyük qanunsuz cinayət deportasiya əməliyyatına birinci gündən başlayacağıq”, – siyasətçi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi administrasiya sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı Texas hakimiyyəti ilə münaqişədədir. Texas rəsmiləri sərhədin lazımi qaydada təmin edilmədiyini, rekord sayda qanunsuz köçkünün ABŞ-yə daxil olmasına icazə verdiyini təkid edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin