ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib

2024/02/Ekran-1708969576.jpg
Oxunub: 168     21:24     26 Fevral 2024    
ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib.

Ordu.az xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarlar Şurasının sədri III Oliver G. Gilbert Bəyannamə imzalayıb.

Bildirilib ki, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhər əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib. Nəzərə çatdırılıb ki, insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.

Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından fevralın 26-nı Xocalının Anım Günü elan ediblər və xeyirxah insanları Xocalı soyqırımının 31-ci ildönümünü yad etmək üçün yerli hakimiyyət nümayəndələrinə qoşulmağa çağırıblar.

Qeyd edək ki, sənəd ABŞ-ın Florida ştatının Mayami şəhərində 2006-cı ildən bəri fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Mayami-Deyd   Xocalının-Anım-Günü  


Bizi "telegram"da izləyin