İsrail ordusu Qəzzadan təxliyə planını təqdim edib

2024/01/1705310894.jpg
Oxunub: 148     20:34     26 Fevral 2024    
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının döyüş əməliyyatları aparılan bölgələrindən mülki əhalinin təxliyəsinə dair planı hərbi kabinetə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatları aparılan rayonlardan əhalinin təxliyə planını, eləcə də gələcək operativ planı təqdim edib", - məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Rafah ərazisində əməliyyatların HƏMAS ilə razılaşma çərçivəsində bir müddətlik təxirə salına biləcəyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin