Şolts Almaniyanın Ukraynaya "Taurus" raketlərini tədarük etməyəcəyini deyib

2023/05/1685078081.jpg
Oxunub: 176     18:49     26 Fevral 2024    
Almaniya Kansleri Olaf Şolts ölkəsinin Ukraynaya "Taurus" raketlərini tədarük etməyəcəyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə Kansler Şolts DPA-nın redaktorlar konfransında bu barədə sualı cavablandırarkən bildirib:

"Almaniya Ukraynanın Avropada ən böyük hərbi dəstəkçisidir. Bu, belə qalır. Ancaq bir şey aydındır: biz müharibə edən tərəfə çevrilməyəcəyik - nə birbaşa, nə də dolayı yolla. Bu iki prinsipi bütün qərarlarımda rəhbər tuturam".

Almaniya Kansleri qeyd edib ki, Ukraynanın "Taurus" raketlərindən də çox ehtiyac duyduğu digər silahlar var:

"Bu, çox uzaq mənzilli bir silahdır. İngilislərin və fransızların hədəfə nəzarət və onu müşayiət edən hədəf nəzarəti baxımından etdikləri Almaniyada edilə bilməz. Bunu bu sistemlə məşğul olan hər kəs bilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Almaniya  


Bizi "telegram"da izləyin