Orban ölkə parlamentini İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləməyə çağırıb

2023/01/1675101367.jpg
Oxunub: 132     18:45     26 Fevral 2024    
Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentinə İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası üçün müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“İsveçin NATO-ya daxil olması Macarıstanın təhlükəsizliyini gücləndirəcək, ona görə də mən sizi bu ərizəni təsdiqləməyə çağırıram”, - V.Orban bildirib.

Qeyd edilib ki, hakim “Fides” partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib ki, fevralın 26-da keçiriləcək sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun səsverməsi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   İsveç   NATO  


Bizi "telegram"da izləyin