Türkiyəli deputat Ermənistanla sərhədin açılması üçün əsas şərti açıqlayıb

2023/09/e4470-1694780923.jpg
Oxunub: 222     17:53     26 Fevral 2024    
Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədini açmayacaq.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada “Türkiyə-Azərbaycan Dostqluq Vəqfi” və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Xocalı soyqımının 32-ci ildönümü münasibətilə baş tutan anım mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunan Konstitusiyasını dəyişməlidir, əks halda belə bir dövlətlə sülh mümkün olmayacaq. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesi yaxından izləyir.

Şamil Ayrım, həmçinin, iki ölkənin münasibətlərinin Şuşa Bəyannaməsindən irəli gələn prinsiplərə uyğun olaraq daha da dərinləşdirdiyini bildirərək, bütün Türk dünyasının birləşməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin