Makron və Qətər Əmiri Qəzzadakı vəziyyəti müzakirə edəcək

2024/02/65dc9-1708955708.jpg
Oxunub: 154     17:50     26 Fevral 2024    
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Fransaya səfər edəcək.

Ordu.az "France 24"ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Al Tani fevralın 27-28-də Parisdə səfərdə olacaq. Məlumata görə, Emmanuel Makron və Şeyx Təmim bin Həməd Al Tani Qəzzada davam edən böhranı müzakirə edəcək.

İki liderin HAMAS tərəfindən saxlanılan israilli girovları azad etmək və müharibədən zərər çəkmiş Qəzza zolağı üçün davamlı atəşkəs razılaşması əldə etmək cəhdlərini bir daha bəyan edəcəyi bildirilib.

Qeyd edək ki, bu, son 15 ildə Qətərdən Fransaya ilk dövlət səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Qətər-Əmiri  


Bizi "telegram"da izləyin