Hindistan “BrahMos” gəmi əleyhinə raketlərinin alınmasını təsdiqləyib

2024/02/1708936730.jpg
Oxunub: 169     11:49     27 Fevral 2024    
Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “BrahMos” gəmi əleyhinə raketlərinin alınması qərarını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu müqaviləyə əsasən, Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) Hindistan HDQ-yə ümumilikdə 220-yə qədər “BrahMos” supersəs qanadlı gəmi əleyhinə raketləri təhvil verəcək.

Bu tip raketlər suüstü gəmi silah sisteminin bir hissəsi olacaq ki, bu da Hindistan HDQ-yə Çinlə mümkün dəniz müharibəsində üstünlük əldə etməyə kömək edəcək.

Müqavilənin dəyərinin 2,4 milyard ABŞ dolları olduğu təxmin edilir. Yeni raketlər ilk olaraq “Visakhapatnam” və “Kolkata” esmineslərində quraşdırılacaq.

Hindistan HDQ 400 km-lik artırılmış mənzilə sahib versiyanı alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   BrahMos  


Bizi "telegram"da izləyin