Cənubi Koreya və Britaniya şirkətləri ixrac üçün sualtı qayıqlar hazırlayacaqlar

2024/02/1708936584.jpg
Oxunub: 191     21:35     27 Fevral 2024    
Cənubi Koreyanın “HD Hyundai Heavy Industries Co.” şirkəti Britaniyada yerləşən müdafiə şirkəti “Babcock International” ilə birlikdə ixrac məqsədilə sualtı qayıqların hazırlanması üçün əməkdaşlıq edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, iki şirkətdən verilən açıqlamaya görə, hər iki tərəfin rəsmiləri ixracata yönəlmiş sualtı layihə üçün missiya sistemləri sahəsində inkişaf istiqaməti və əməkdaşlıq yanaşmalarını müzakirə etmək məqsədilə Gyeonggi əyalətinin Seongnam şəhərindəki “HD Hyundai” Qlobal “Ar-Ge” Mərkəzində görüşüblər.

“HD Hyundai Heavy Industries” şirkəti ötən ildən 3000 tonluq ixracyönümlü sualtı qayıq layihəsinə başlayıb.

Şirkət “Babcock”un Silah Daşıma və Buraxma Sistemlərindən (WHLS) istifadə etməyi planlaşdırır.

Bu əməkdaşlıq vasitəsilə “HD Hyundai Heavy Industries” qabaqcıl sualtı platforma yaratmaqla, gələcəyin qlobal sualtı qayıq bazarında texnoloji üstünlük yaratmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CənubiKoreya   Britaniya  


Bizi "telegram"da izləyin