“Challenger 3” tankı Almaniyada sınaqdan keçirilir

2024/02/2024--1708936302.jpg
Oxunub: 101     13:57     28 Fevral 2024    
“Rheinmetall BAE Systems Land” (RBSL) 2024-cü il fevralın 19-da Böyük Britaniya ordusunun ilk istehsaldan əvvəl hazırlanmış “Challenger 3” əsas döyüş tankının sınaq üçün Almaniyaya yerləşdirildiyini elan edib.

Ordu.az xəbər verir ki, RBSL-nin yanvar ayında mövzu ilə bağlı dərc etdiyi hesabatda aşağıdakı ifadələr yer alıb:

“Bu prototip və onu yaxından izləyəcək digərləri sınaqlarda öz imkanlarını tezliklə nümayiş etdirəcəklər. Sınaqlar zamanı prototiplər onların performansını yoxlamaq üçün əməliyyat şəraitində sınaqdan keçiriləcək və daha 140 ədəd istehsal olunaraq, Böyük Britaniya ordusuna təhvil verilməzdən əvvəl təkmilləşdirmələr aparılacaq”.

“Challenger 3” “Rheinmetall” tərəfindən istehsal olunan və “Rheinmetall”ın ən qabaqcıl döyüş sursatlarından istifadə etməyə imkan verən yeni 120 mm-lik L55A1 yivsiz topuna, habelə Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elm və Texnologiya Laboratoriyası (DSTL) tərəfindən hazırlanan yeni nəsil modulyar zirehə sahibdir.

Tank həmçinin tam rəqəmsallaşdırılmış qüllə və İsrailin “Rafael” şirkəti tərəfindən təchiz edilmiş “Trophy” aktiv mühafizə sisteminə malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Challenger3   Almaniya  


Bizi "telegram"da izləyin