“Qərb Ermənistana böyük təzyiq göstərəcək və Rusiyaya qarşı mübarizədə ondan istifadə etməyə çalışacaq” - Dmitri Suslov

2024/02/1708934166.jpg
Oxunub: 211     10:55     27 Fevral 2024    
“KTMT-nin beşinci ölkəsi olan Ermənistan təəssüf ki, indiki rəhbərliklə əks istiqamətdə hərəkət edir və Rusiya nöqteyi-nəzərindən Rusiya ilə Qərb arasında ontoloji münaqişə şəraitində düşmənin tərəfini tutur”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov deyib.

Rusiyalı ekspertin sözlərinə görə, KTMT ölkələri indi çox çətin vəziyyətdədir və olacaq, çünki Rusiya ilə Qərbin qarşıdurması yox, aktiv və açıq münaqişəsi, hibrid müharibəsi Ukraynada müharibə bu və ya digər şəkildə dayandırıldıqdan sonra da davam edəcək.

“Bütün bu müddət ərzində Qərb KTMT ölkələrinə, o cümlədən Ermənistana böyük təzyiq göstərəcək və Rusiyaya qarşı mübarizədə onlardan istifadə etməyə çalışacaq”, - deyə Suslov qeyd edib.

Suslov bildirib ki, Ukraynada müharibə kifayət qədər uzun sürəcək, sülh müqaviləsi və yekun siyasi, ərazi nizamlanması ilə bitməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin