“Politico”: Lekornünün təyyarəsi Ermənistana gecəgörmə eynəkləri gətirib, PGM şirkəti ilə müqavilə imzalanıb

2024/02/1708671675.jpg
Oxunub: 302     10:19     27 Fevral 2024    
Fransa qonşu Azərbaycanla artan gərginlik və tarixi müttəfiqi Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistanın Parisin İrəvanı müdafiə etdiyini bilməsini istəyir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşrə görə, Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü və onun erməni həmkarı Suren Papikyan Ermənistanın paytaxtında görüşərək, iki ölkə arasında müdafiə əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

“Lükornünün təyyarəsi Ermənistana gecəgörmə eynəkləri gətirib. Ermənistan Fransanın PGM şirkəti ilə avtomatların alınmasına dair müqavilə imzalayıb. Avropa podratçısı MBDA-dan qısa mənzilli “Mistral” raketlərinin alınması ilə bağlı danışıqlar aparılır. Fransa ilə daha sıx əlaqələr Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü faktiki olaraq dayandırdığını elan etdikdən sonra yaranıb. Azərbaycanın sentyabr ayında Qarabağ bölgəsini tam şəkildə nəzarət altına almaq üçün hərbi əməliyyata başlamasından sonra Ermənistan özünü Moskvanın xəyanəti ilə üzləşmiş kimi hiss edir. Rusiya orada sülhməramlı qüvvələr yerləşdirib, o da kənarda dayanıb və müdaxilə etməyib”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, Fransa Ermənistanla hərbi müqavilə bağlamaqla, Rusiyanın “arxa həyəti”ndə bayraq qaldırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin