İsrailin yeni PUA-sı təqdim edilib

2024/02/2024--5126788317.jpg
Oxunub: 369     20:19     27 Fevral 2024    
İsrailin “Elbit Systems” şirkəti Sinqapurda keçirilən “Singapur Airshow”da yeni hazırlanan Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, “Hermes 650 Spark” adlanan PUA digər “Hermes” modellərindən çox fərqli bir arxitekturaya malikdir.

PUA üfüqi quyruq quruluşuna və üç qanadlı pəri hərəkət etdirən təkmil mühərrikə malikdir. PUA qısa uçuş-enmə zolaqlarından uça bilir.

Üstəlik, havaya qalxma məsafəsi cəmi 200 metrdir. Bundan əlavə, PUA avtomatik taksi və avtomatik qalxma-enmə imkanları ilə təchiz olunub.


“Hermes 650”nin havada qalma müddəti 140 kq yanacaq yükü ilə 24 saata qədər ola bilər. Bundan əlavə, xidmət tavanı 22.000 fut və sürət diapazonu 55 ilə 222 km/saat arasındadır. Bu geniş sürət diapazonu sürəti missiyaya uyğun olaraq tənzimləməyə imkan verir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA  


Bizi "telegram"da izləyin