Pakistan HDQ-nin Baş Qərargah rəisi MİLGEM korvetləri və freqatları ilə tanış olub

2024/02/KAAN--3417857888.jpg
Oxunub: 149     15:28     27 Fevral 2024    
Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Baş Qərargah rəisi, vitse-admiral Ovais Ahmet Bilqrami “İstanbul” Gəmiqayırma Zavoduna baş çəkərək, MİLGEM korvetləri və freqatları ilə tanış olub.

Ordu.az xəbər verir ki, bu yaxınlarda etdiyi səfər zamanı vitse-admiral Bilqrami “İstanbul” Gəmiqayırma Zavodunun komandiri kontr-admiral Recep Erdinç Yetkin ilə görüşüb.

Görüş zamanı əsas podratçı ASFAT tərəfindən həyata keçirilən Pakistan Hərbi Dəniz Qüvvələrinin (PN) MİLGEM Gəmilərinin inşası müzakirə edilib.

Daha sonra vitse-admiral Bilqrami PNS “Babur”a (PN MİLGEM sinfinin ilk gəmisi) baş çəkib və orada fəxri qarovul dəstəsi tərəfindən qarşılanıb.

Bilqrami gəminin zabitləri və şəxsi heyəti ilə görüşdükdən sonra Körpü və Əməliyyat otağına baş çəkib və gəminin imkanları haqqında məlumat alıb.

O, gəmidə ASFAT və ASELSAN-ın yüksək vəzifəli şəxsləri ilə də görüşlər keçirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HDQ   MİLGEM  


Bizi "telegram"da izləyin