"Ukrayna müharibədə uduzmayacaq, başqa alternativimiz yoxdur" - Zelenski

2024/01/1706509919.jpg
Oxunub: 192     19:47     25 Fevral 2024    
Ukrayna bu müharibədə uduzmayacaq, bizim başqa alternativimiz yoxdur.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən forum çərçivəsində, mətbuat konfransında deyib.

"Biz Rusiya Prezidentinin müharibəni uduzması və bunun səhv olması ilə razılaşa biləcəyi platforma təklif edəcəyik. Ukrayna bu müharibədə uduzmayacaq, bizim başqa alternativimiz yoxdur. İtirsək, biz olmayacağıq, varlığımız olmayacaq. Məğlub olub-olmamağımız tərəfdaşlarımızın dəstəyindən asılıdır", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zelenski  


Bizi "telegram"da izləyin