Kurtulmuş: "Ermənistanla Azərbaycan arasındakı problem Avropa və Amerikadakı erməni diasporudur"

2024/02/140e4-1708865903.jpg
Oxunub: 210     16:22     25 Fevral 2024    
Ermənistanla Azərbaycan arasındakı problem Ermənistandakı ermənilər deyil, əksinə o bölgədə sülh istəməyən dairələr, xüsusilə Avropa və Amerikadakı erməni diasporudur.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Parlament sədrinin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın işğaldan azad olunması ilə yaranmış reallıqları qəbul etməsinə ilk növbədə diaspordakı ermənilərin sərt reaksiya verilib.

“Ermənistanın bu regionda Azərbaycanla sülh və təhlükəsizlik şəraitində yaşamaqdan başqa çarəsi yoxdur”, – o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kurtulmuş   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin