Lukaşenko: "Paşinyan tələsib, KTMT barədə emosional bəyanat verib"

2024/02/5ddc8-1708851446.jpg
Oxunub: 238     12:52     25 Fevral 2024    
Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.

Ordu.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşnko   Paşinyan  


Bizi "telegram"da izləyin