Lukaşenko: "KTMT Ermənistansız çökəsi deyil"

2024/02/65daf-1708851294.jpg
Oxunub: 214     12:35     25 Fevral 2024    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan çökəsi deyil.

Ordu.az BELTA-ya xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.

Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dondurduğunu bildirib. Növbəti gün Təşkilatın Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkərək Paşinyanın açıqlamalarını “təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməmək”lə əlaqələndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   KTMT  


Bizi "telegram"da izləyin