İsrail Qəzzada girovların azad edilməsi üçün növbəti addımları müzakirə edəcək

2023/10/1696831864.jpg
Oxunub: 234     10:21     25 Fevral 2024    
İsrail Nazirlər Kabineti Qəzza zolağında "Həmas" tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqlarda növbəti addımları müzakirə edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, müzakirələr İsrail nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra başlayacaq.

"Girovları azad etmək üçün yeni razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim və bu axşam biz [Nazirlər Kabineti] danışıqlarda növbəti addımları müzakirə edəcəyik", - deyə B.Netanyahu yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin