Argentina prezidenti Trampın seçkilərdə qələbə qazanacağına ümid etdiyini bildirib

2024/02/ac60d-1708838877.jpg
Oxunub: 187     07:21     25 Fevral 2024    
Argentina prezidenti Xavyer Miley keçmiş Amerika lideri Donald Trampla söhbətində ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyinə ümid etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Argentina lideri “X” sosial şəbəkəsində bildirib.

“Sən böyük prezidentsən və ümid edirəm ki, qalib gələcəksən. Ümid edirəm ki, səni yenidən prezident kimi görəcəyəm”, - Miley Trampa deyib.

Miley Vaşinqtonda Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış etməzdən əvvəl ABŞ-ın keçmiş prezidenti ilə görüşüb. Argentinanın başçısı çıxışını sosializmin və dövlətin iqtisadiyyata müdaxiləsinin tənqidinə həsr edib.

Konfransda Miley haqqında danışan Tramp onu “Argentinanı yenidən möhtəşəm edə biləcək” prezident adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin