Misir Qəzzada məcburi köçkünlər üçün düşərgələr qurur

2024/01/1705310894.jpg
Oxunub: 191     02:38     25 Fevral 2024    
Misir tezliklə Qəzza zolağında məcburi köçkünlər üçün iki xüsusi düşərgə tikəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Misir hakimiyyəti artıq Qəzzanın cənubunda Xan-Yunis şəhəri yaxınlığında məcburi köçkünlər üçün düşərgə tikintisinə başlayıb.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Xan-Yunis yaxınlığındakı düşərgə 4 minə qədər köçkünü qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Qəzza  


Bizi "telegram"da izləyin