ABŞ husilərin yeddi qanadlı raketini vurdu

2024/02/1706850399.jpg
Oxunub: 151     12:58     24 Fevral 2024    
Fevralın 23-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə yeddi ədəd qanadlı raketini vurmağa müvəffəq olub.

Ordu.az ABŞ Mərkəzi Komandanlığının məlumatına istinadən xəbər verir ki, həmin raketlər Qırmızı dənizə doğru atılmağa hazır idi və “özünümüdafiə üçün” vurulub.

Mərkəzi Komandanlıq raketlərin Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkarlandığını, bölgədəki ticarət və hərbi gəmilər üçün təhlükə yaratdığını iddia edib.

Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər.

Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Husilər  


Bizi "telegram"da izləyin