Erməni hərbi ekspert: “Fransanın silahları Ermənistana çatmamış İlham Əliyev öz zərbəsini vuracaq”

2022/04/92931-1649154242.jpg
Oxunub: 12301     17:21     24 Fevral 2024    
“Əminəm ki, Fransanın silahları Ermənistana çatmamış İlham Əliyev öz zərbəsini vuracaq, başımıza yeni bəla gələcək”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.

O, Nikol Paşinyanın KTMT ilə münasibətlərin əslində dondurulduğu barədə bəyanatına toxunaraq bildirib: “Bu, erməni dövlətçiliyinə qarşı sui-qəsddir, onun məşhur “Qarabağ Ermənistandır, vəssalam” bəyanatının məntiqində olan bir şeydir. Əgər sən Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan hesab etdiyini bəyan edirsənsə, bu bəyanatdan dərhal sonra öz müdafiəni təşkil etmək üçün bütün hərbi-diplomatik resurslarını səfərbər etməlisən”.

Camalyan bildirib ki, Ermənistan-Fransa eşqbazlığının əsas məqsədi Rusiyanı bölgədən çıxarmaqdır.

“Erməni-fransız eşqbazlığının əsas məqsədi Rusiyanı regiondan çıxarmaq və erməni cəmiyyətində belə bir illüziya yaratmaqdır ki, Fransa etibarlı şəkildə Rusiyanı hərbi müttəfiq kimi əvəz edə bilər, çünki Rusiya etibarlı müttəfiq deyil”, - deyə o qeyd edib.

Erməni hərbi ekspert vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsinin məntiqi nəticəsi olaraq yeni bir müharibə olacaq.

“Biz müharibə astanasındayıq. Baş nazirin müsahibəsinin məntiqi nəticəsi kimi yeni müharibə, yeni ərazi və insan itkiləri olacaq”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin