Erməni hərbi ekspert: “İran Ermənistanla hərbi ittifaq imzalamağa və Zəngəzurda qüvvələr yerləşdirməyə hazırdır”

2023/10/23660-1698257296.jpg
Oxunub: 6935     16:39     24 Fevral 2024    
“İran Ermənistana bəyan edir ki, əldə etdiyimiz razılaşmalara ciddi əməl etmək lazımdır”.

Ordu.azxəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.

“Yəni, ola bilər İran tərəfdən təkliflər olub, bizimkilər ya qəbul etməyiblər, ya da razılaşıblar, amma həyata keçirmirlər, İran isə sualı kəskin qoyur, deyir ki, bizim razılaşdığımız şey həyata keçirilməlidir”. - deyə o qeyd edib.

Camalyan bildirib ki, İran tərəfi “Telegram” kanalında İranın Ermənistanla hərbi ittifaq imzalamağa və Zəngəzurda qüvvələr yerləşdirməyə hazır olduğunu bəyan edib.

“İran tərəfi Zəngəzurun Ermənistanın nəzarəti altında qalmasında həyati maraqlıdır”, - deyə o vurğulayıb.

Erməni hərbi ekspert qeyd edib ki, KTMT sadəcə olaraq Ermənistan-Rusiya strateji hərbi əməkdaşlığının formatıdır.

“KTMT-nin bizə xəyanət etdiyini deyəndə yalan danışırlar, 2022-ci ildə yardım paketi təklif olunub, bu paketə silah-sursat da daxil olub. KTMT-nin baş katibi vəzifəsini tərk etməzdən əvvəl bəyan etdi ki, biz Ermənistanı pulsuz və ucuz silahlarla təmin etməyə hazırıq. Ermənistan bundan imtina edib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin