Belarus MN Ermənistana çağırış etdi: KTMT-yə üzvlüklə bağlı siyasi bəyanatları kənara qoyun

2024/02/1708762504.jpg
Oxunub: 132     13:43     24 Fevral 2024    
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir, Ermənistanın təşkilatın fəaliyyətində iştirakı məsələsi ilə bağlı nəticə çıxarmaq hələ tezdir”.

Ordu.az xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Valeri Revenko deyib.

“KTMT çərçivəsində əməkdaşlığa gəlincə, hesab edirəm ki, nəticə çıxarmaq tezdir. Siyasi bəyanatlar var, silahlı qüvvələr arasında münasibətlər var, planlarımız var, ona uyğun işləyirik”, - deyə o, STV telekanalında bildirib.

Belarus rəsmisi siyasi bəyanatları bir kənara qoyub, əməkdaşlığı inkişaf etdirməyə çağırıb.

“Bu səbəbdən siyasi bəyanatları bir kənara qoyaq və istənilən halda KTMT üzrə tərəfdaşımız Ermənistanla münasibətləri inkişaf etdirək”, - deyə Revenko qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   MN   Ermənistan  


Bizi "telegram"da izləyin