TCG “İstanbul”da” daha bir ASELSAN məhsulu – FERSAH Sonar Sistemi

2024/02/GExBR-1708761851.jpg
Oxunub: 314     15:31     29 Fevral 2024    
TCG “İstanbul”da istifadə edilən və ASELSAN tərəfindən hazırlanan FERSAH Sonar Sistemi dəniz platformalarının müdafiə imkanlarına yenilikçi texnologiyalar və akustik güc qatır.

ASELSAN-ın FERSAH Gövdəyə Quraşdırılmış Sualtı Qayıq Əleyhinə Döyüş (SQƏD) Sonarı aktiv və passiv rejimlərdə işləyə bilən orta tezlik diapazonlu sonar kimi seçilir. SQƏD missiyasına əlavə olaraq sistemdə minaya bənzər obyektlərdən qaçmaq üçün rejim də var.

Bu innovativ sonar sistemi aktiv rejimdə sualtı qayıqlar və minayabənzər obyektlər kimi sualtı təhlükələri, passiv rejimdə isə sualtı qayıqlar, suüstü gəmilər və torpedolar kimi sualtı təhlükələri aşkar etmək, təhlil etmək və izləmək qabiliyyəti ilə diqqət çəkir.

Yüksək Texnologiya, Güclü Konfiqurasiya

ASELSAN FERSAH Sonar Sistemi beş bölmədən ibarət güclü konfiqurasiyaya malikdir. Bu bölmələrə Sonar Dəniz Bölməsi, Bağlantı Bölməsi, Sonar Kabineti-2, Sonar Kabineti-1 və Operator Konsolu daxildir. Sonar Dəniz Bölməsi elektrik siqnalını akustik siqnala çevirən və silindrik quruluşda 36 transduser ehtiva edən əsas bölmə kimi yerləşdirilir.

Bağlantı Bölməsi analoq məlumat mübadiləsini təmin etməklə, Sonar Dəniz Bölməsi ilə Sonar Kabineti-1 arasında əlaqəni təmin edir. Sonar Kabineti-2 yüksək gərginlikli enerji təchizatı, siqnalların işlənməsi alqoritmləri və proqram təminatını özündə birləşdirir.

Sonar Kabineti-1-ə güc qüvvətləndiricisi, filtr, ön qüvvətləndirici kart və analoq-rəqəmsal çevirici kartlar daxildir. Operator Konsolu isə istifadəçi interfeysini təmin edir və sonarın idarə edilməsini operatora verir.

Ümumi Xüsusiyyətlər və Qabiliyyətlər:

Açıq memarlıq və modulyar dizayn
Müasir siqnal emal alqoritmləri
Təlim simulyatoru
Gücləndirilmiş struktur
Hərbi standartlara uyğunluq
Müstəqil işləmək bacarığı
Döyüş İdarəetmə Sisteminə inteqrasiya
Cihazdaxili Sınaq xüsusiyyəti
Su ilə soyudulan kabinet quruluşu
Akustik məlumatların qeydə alınması funksiyası
Qeydə alınmış məlumatların daşınması
“Dummy load” xüsusiyyəti
Xam məlumatların qeydə alınması və təkrar oynatma imkanı
Öz-özünə səs-küyü qeydə alma bacarığı
Ani ekran görüntüsü/video qeydi və təkrar baxma imkanı
Printerdən çap etmə imkanı

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   FERSAH  


Bizi "telegram"da izləyin