“Asia Times” “Kaan” haqqında: Azərbaycanla yanaşı, BƏƏ, İndoneziya və Pakistan da potensial müştərilər kimi göstərilir

2024/02/kaan--1708760486.jpg
Oxunub: 1136     19:33     24 Fevral 2024    
Dünya mediası “Kaan”ı yaxından izləməyə davam edir.

Ordu.az xəbər verir ki, son olaraq Honq-Konqda yerləşən “Asia Times” media təşkilatı “Kaan” haqqında bir xəbər yazıb.

Xəbərdə qeyd olunub ki, “Kaan” Türkiyənin hərbi aviasiya sənayesinin flaqmanı olacaq.

“Ölkədə yerli reaktiv mühərriklərin istehsalı layihəsi üzərində iş aparılır və onun dizaynı Süni Zəka (SZ) ilə dəstəklənən imkanlarla dolu 6-cı nəsil döyüş təyyarəsi üçün nəzərdə tutulur. Çox güman ki, Türkiyə “Kaan”ı beynəlxalq döyüş təyyarələri bazarına çıxarmağı hədəfləyir. Uzunmüddətli strateji tərəfdaş Azərbaycanla yanaşı, BƏƏ, İndoneziya və Pakistan da potensial müştərilər kimi göstərilir”, - deyə bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   Türkiyə  


Bizi "telegram"da izləyin