Nikol Paşinyan və Vladimir Putin 2023-cü ildə 2 dəfə görüşüb, 9 dəfə telefonla danışıb

2020/07/32132-1594368148.jpg
Oxunub: 216     12:12     24 Fevral 2024    
2023-cü il ərzində Rusiya Federasiyası ilə Ermənistan arasına dialoq ən yüksək səviyyədə davam edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın hökumət proqramının (2021-2026-cı illər) 2023-cü il üzrə icra prosesi və nəticələri haqqında hesabatda deyilir.

Qeyd olunub ki, 2023-cü il ərzində Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında 2 görüş (mayın 25-də Moskvada və iyunun 9-da Soçidə) və 9 telefon danışığı olub.

Bildirilib ki, 2023-cü il avqustun 24-də Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Dərəçiçəkdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyası hökumətinin Prezidenti Mixail Mişustinin görüşü baş tutub.

2023-cü il dekabrın 15-də Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun həmsədrliyi ilə İrəvanda Ermənistan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib. İclas zamanı iki ölkə hökumətlərinin 2023-2025-ci illər üçün iqtisadi əməkdaşlıq proqramının fəaliyyət planı təsdiq edilib.

2023-cü ilin yekunlarına görə, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi (ixracatçı ölkəyə görə idxal göstəriciləri) 2022-ci illə müqayisədə 39,4% artaraq, təxminən 7,5 milyard ABŞ dolları təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin