Ermənistan MTX: Aİ müşahidəçilərinin fəaliyyətinə heç bir maneə yoxdur

2022/12/sdfds-1671271623.jpg
Oxunub: 138     11:53     24 Fevral 2024    
Ermənistan Milli Təhlükəsizlik Xidməti Təhlükəsizlik Şurasının katibindən fərqli olaraq iddia edir ki, Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində Aİ-nin müşahidə missiyasına mane olmurlar.

Ordu.az xəbər verir ki, “Azadlıq” radiosunun Ermənistan bürosu qurumdan Aİ-nin müşahidə missiyasının hazırda rus sərhədçilərin dayandığı sərhəd bölgələrinə çıxışı olub-olmadığını soruşub.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən qorunan Ermənistan-Azərbaycan (şərti) sərhədinin bölmələrində Aİ-nin müşahidə missiyası nümayəndələrinin müşahidə fəaliyyəti üçün heç bir maneə yoxdur”, - deyə struktur qeyd edib.

Nerkin Hand sakinlərinin “Azadlıq” radiosuna verdiyi məlumata görə, rus sərhədçilər onların kəndinə gedən yolda və kənddə yerləşərək, avropalı müşahidəçilərin girişinə qadağa qoyublar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin