KİV: Komissiya martın 1-də Ermənistan konstitusiyasının dəyişdirilməsini müzakirə edəcək

2022/03/78845-1647685581.jpg
Oxunub: 130     10:55     24 Fevral 2024    
Ermənistanın Konstitusiya islahatları komissiyası martın 1-də ölkənin yeni əsas qanunun hazırlanması məsələsini müzakirə edəcək.

Ordu.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, toplantıda konstitusiyaya dəyişikliklər müzakirə olunacaq.

“Ermənistanın baş naziri Nikol Paşinyan bu işlə məşğul olacaq yeni şura yaratmayacaq. Çünki vaxt azdır. Həm də bu işlə məşğul olmağa az adam razılıq verəcək”, - nəşr yazıb.

Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistanın qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

N.Paşinyan daha əvvəl konstitusiyaya dəyişikliklərin olacağını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin