“Kaan” prototipində BOTEK-in hərbi statuslu boyalarından istifadə edilib

2024/02/1708755732.jpg
Oxunub: 243     13:57     24 Fevral 2024    
Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirdiyi ilk döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu bu yaxınlarda edib.

Ordu.az xəbər verir ki, Milli Döyüş Təyyarəsi Layihəsi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) və TUSAŞ-ın baş podratçısı liderliyi ilə hazırlanan “Kaan” döyüş təyyarəsində bir çox Türkiyə şirkəti üzərinə vəzifə götürüb.

İlk uçuşu həyata keçirən “Kaan” prototipində Türkiyənin “Ar-Ge” və kimya şirkəti BOTEK tərəfindən hazırlanan hərbi statuslu boyalardan istifadə edilib.

Boz rənglərin üstünlük təşkil etdiyi “Kaan” döyüş təyyarəsində BOTEK şirkətinin istehsalı olan ALPAR MIL-PRF-23377 Astar Boyası və MIL-PRF-85285 Poliuretan Son qat Təyyarə Boyalarına üstünlük verilib.

Yüksək möhkəmliyə malik yerli təyyarə boyaları -55°C ilə 50°C arasında olan hava temperaturları üçün hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   BOTEK  


Bizi "telegram"da izləyin