TUSAŞ-ın Kahramanmaraşda təyyarə hissələri istehsal edəcək obyekti açılıb

2024/02/32-1708755233.jpg
Oxunub: 191     11:57     24 Fevral 2024    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən Kahramanmaraşın Türkoğlu ilçəsində inşası tamamlanan TUSAŞ Aviasiya Struktur İstehsalat Obyekti mərasimlə istifadəyə verilib.

Ordu.az-ın xəbərinə görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün açılışda deyib ki, bir ölkənin tərəqqisinin ən böyük göstəricisi sənaye və texnologiyadır.

Görgün bu gün dünyanın iqtisadi cəhətdən qabaqcıl ölkələrinə nəzər saldıqda, sənaye və texnologiya sahəsində də öndə olduqlarının müşahidə edildiyini ifadə edib.

Türkiyə MSK sədri deyib ki, müdafiə sənayesi qabaqcıl texnologiya və sənayenin lokomotividir.

“Bu sahədə gördüyümüz hər bir iş və ekosistemimizdə əldə etdiyimiz dərinlik bizi daha da irəli aparacaq. Türkiyə müdafiə sənayesinin xaricdən asılılığına son qoymaq hədəfi yaxşı nöqtəyə çatıb və ölkəmiz texnologiya idxal edən ölkə deyil, texnologiya ixrac edən ölkə olmaq yolunda möhkəm addımlar atmağa davam edir. Yüksək texnologiyalı müdafiə sənayesi məhsullarının digər innovasiya yönümlü sektorlara da öncülük edəcəyinə inamla dövlət, universitet və özəl sektor olaraq birlikdə həyata keçirəcəyimiz işlər sayəsində daha yüksək səviyyələrə çatmaq mümkün olacaq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Kahramanmaraş  


Bizi "telegram"da izləyin