Argentinada əyalət rəhbəri prezidenti iğtişaşla hədələyib

2023/11/101c2-1700506848.jpg
Oxunub: 127     10:00     24 Fevral 2024    
Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi regiona lazımi vergi gəlirləri daxil olmasa, neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Ordu.az xəbər verir ki, bu barədə İ.Torres “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.

“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrə və təzyiqlərə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm. Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəm”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   İğtişaş  


Bizi "telegram"da izləyin