Batan gəminin heyəti “Uçbey” ilə axtarılır

2024/02/1708754511.jpg
Oxunub: 146     10:56     24 Fevral 2024    
Türkiyədə, Bursanın Mərmərə dənizindəki Karacabey ilçəsi sahillərində, İmralı adasının cənub-qərbində batan “Batuhan A” adlı yük gəmisində itkin düşən 4 nəfərin axtarışları davam edir.

Ordu.az-ın xəbərinə görə, mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrindən bir müddət əvvəl verilən açıqlamada qeyd olunub ki, “Batuhan-A” adlı yük gəmisində Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən axtarış-xilasetmə işləri davam edir.

“TCG “Akın”ın göyərtəsində olan dalğıclarımız 2 dəfə dalış edib və yük gəmisindəki bir personalın cəsədi su səthinə çıxarılaraq, Sahil Mühafizəsi bölmələrinə təhvil verilib. HDQ-mizin axtarış-xilasetmə işləri axşam saatlarında davam etdiriləcək”, - deyə məlumatda bildirilib.

Məlumata görə, axtarış əməliyyatlarında Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyinə məxsus “Uçbey” adlı yerli və milli pilotsuz uçuş aparatı da istifadə edilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Uçbey  


Bizi "telegram"da izləyin