ABŞ institutu: Paşinyan Rusiya-Ermənistan münasibətlərini pisləşdirir

2024/02/1708753656.jpg
Oxunub: 121     09:04     24 Fevral 2024    
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya-Ermənistan münasibətlərini pisləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Qeyd olunub ki, N.Paşinyan və komandası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan ard-arda imtina edib: “Bundan sonra isə İrəvan KTMT-də iştirakını faktiki olaraq dayandırıb. O, Fransanın “France 24” nəşrinə müsahibəsində də bu barədə danışıb. Rəsmi Moskva isə bu mövqeyinə görə İrəvanı tənqid edib”.

Qeyd edək ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə fevralın 23-də yaydığı bəyanatda bu mövqeyinə görə Ermənistan baş nazirindən izahat tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin