ABŞ-nin Florida ştatı Texasa əlavə mühafizə bölməsi göndərir

2024/02/1708748741.jpg
Oxunub: 133     07:27     24 Fevral 2024    
ABŞ-nin Florida ştatının hakimiyyət orqanları qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya bölməsini göndərib.

Ordu.az-ın məlumatına görə, bu barədə Floridanın qubernatoru Ron Desantis bildirib.

"Prezident Cozef Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, ştatlardan müdaxilə etməyi və ərazi suverenliyimizi təmin etməyi tələb edir", - o deyib. “Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanına səmimi təşəkkürümü bildirmək istəyirəm”, - qubernator vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən Florida hakimiyyəti cənub sərhədində Texasa kömək etmək üçün hüquq-mühafizə orqanlarının 2,4 mindən çox əməkdaşını göndərib. Bu məqsədlər üçün 600-dən çox texnika, o cümlədən qayıqlar, avtobuslar və kvadrosikllər ayrılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Florida   Texas  


Bizi "telegram"da izləyin