ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

2022/01/ah-64-1641543653.jpg
Oxunub: 183     04:15     24 Fevral 2024    
ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.

Ordu.az-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Teyt Rivz xəbər verib.

"Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb", - Rivz “X”də yazıb.

Eyni zamanda, Missisipi Milli Qvardiyası özünün feysbuk səhifəsində “həlak olanlar haqqında məlumatların hələ təsdiqlənmədiyini” bildirib.

Hadisə yerində mütəxəssislər işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞHelikopter  


Bizi "telegram"da izləyin