Dmitro Kuleba BMT-də Zelenskinin sülh təkliflərini açıqlayıb

2024/02/1708748182.jpg
Oxunub: 131     00:48     24 Fevral 2024    
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba BMT Baş Assambleyasının Rusiya-Ukrayna müharibəsinin ildönümünə həsr olunmuş xüsusi sessiyasında çıxış edib.

Ordu.az xəbər verir ki, Baş Assambleyanın 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensisin sədirliyi ilə baş tutan sessiyada BMT-yə üzv olan bir çox ölkələrin (Polşa, Fransa, İspaniya, Koreya, Almaniya, Britaniya və s.) xarici işlər nazirləri iştirak ediblər.

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın sözlərinə görə, assambleya dəfələrlə nümayiş etdirdi ki, faktiki olaraq BMT nizamnamələri, beynəlxalq hüquq sülhün, Ukraynanın tərəfindədir: “Səkkiz ildə Ukrayna və Rusiya müxtəlif formatlarda sülh danışıqları aparıb və 20 dəfə atəşkəs əldə edilib. Ukrayna hazırda İsveçrədə keçiriləcək ilk qlobal sülh sammitini hazırlamaq üçün tərəfdaş ölkələrlə fəal işləyir. Əgər biz hamımız prinsipial mövqe tutsaq və birgə hərəkət etsək, Rusiya dünya çoxluğunun səsinə məhəl qoymaya bilməz. Prezident Volodimir Zelenskinin təklif etdiyi sülh formulu məhz belə bir fürsəti təmsil edir. On bənddən ibarət bu formul təkcə hərbi əməliyyatların sonunu deyil, həm də təklifləri nəzərdə tutur. Ərzaq, nüvə, enerji təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, beynəlxalq ədalət, insan hüquqları və BMT nizamnaməsinin şərtlərinə əməl etmək bu planın tərkib hissəsidir”.

Nazirin sözlərinə görə, Ukrayna hazırda İsveçrədə keçiriləcək ilk qlobal sülh sammitini hazırlamaq üçün tərəfdaşlarla fəal işləyir: “Mən assambleyada BMT-yə üzv olan hər bir dövlət başçısını prosesdə fəal iştirak etməyə və gələcək qlobal sülh sammitində iştirak etməyə qətiyyətlə təşviq edirəm. Bu, ədalətli və hərtərəfli sülh baxışı üzərində razılaşmaq üçün real fürsət olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuleba   BMT   Zelenski  


Bizi "telegram"da izləyin