Paşinyanla Kobaxidze arasında telefon danışığı olub - YENİLƏNİB

2024/02/65d8c-1708707853.jpg
Oxunub: 312     20:33     23 Fevral 2024    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ermənistanlı həmkarı Nikol Paşinyan arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, məlumatı Gürcüstan Hökuməti yayıb.

Bildirilib ki, tərəflər strateji tərəfdaşlığın gücləndirilməsi perspektivləri ilə yanaşı bir sıra məsələləri müzakirə ediblər.

Paşinyanla Kobaxidze eyni zamanda regional təhlükəsizlik məsələsində Cənubi Qafqazda sülh və sabitliyin önəmi vurğulayıb.

***

Ermənistan Baş naziri Nikol Paşinyanla onun gürcü həmkarı İrakli Kobaxidze arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, Paşinyan Kobaxidzeni Ermənistana rəsmi səfərə dəvət edib.

Gürcüstan Baş naziri dəvəti qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin