“İran Azərbaycana Zəngəzur dəhlizinə alternativ marşrut təklif edib və məsələ ilə bağlı danışıqlar aparılıb” - Puya Hosseyni

2024/02/1708678688.jpg
Oxunub: 285     18:28     23 Fevral 2024    
“Azərbaycan illərdir İran ərazisindən Naxçıvanla əlaqə qurub və indi daha yaxşı yol və dəmir yollarının olmasından danışır ki, onlar Naxçıvandan Azərbaycana və əksinə daha yaxşı marşrutla gedə bilsinlər”.

Ordu.az xəbər verir ki, bunu “Ermənistan-İran Strateji Əməkdaşlıq İnkişaf Mərkəzi” Fondunun təsisçi direktoru Puya Hosseyni deyib.

Onun sözlərinə görə, İran Azərbaycana Zəngəzur dəhlizinə alternativ marşrut təklif edib və məsələ ilə bağlı danışıqlar aparılıb.

“Razılaşma, hətta bu istiqamətdə iş də var, çünki İran Azərbaycana alternativ yol təqdim etmək, onu Zəngəzur dəhlizi ideyasından yayındırmaq istəyir. Naxçıvana gedən, İran ərazisindən keçən yola İranın nəzarət edəcəyi dəqiqdir. İranın burada marağı ondan ibarətdir ki, o yolda təsir və nəzarətə malik olsun”, - deyə Hosseyni qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin