İrəvan Aİ missiyası ilə Moskvanı “kurçok”a salmaq istəyir? – BAXIŞ BUCAĞI

2024/02/dsdfe-1708674919.jpg
Oxunub: 290     13:38     23 Fevral 2024    
“Bəli, bu problem var, biz bu problemi həll etməyə çalışacağıq, bunun fərqindəyik”. Bunu fevralın 21-də Aİ-nin Ermənistandakı missiyasının bir illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Sual isə rus hərbi qulluqçuların Aİ müşahidəçilərinin Nerkin Hand ərazisinə daxil olmasına mane olması və onlara icazə verməməsi ilə bağlı məlumatla əlaqəli idi. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın həmin istiqamətdə təxribatı nəticəsində toqquşma baş verib. Toqquşma nəticəsində təxribata cəhd edən 4 erməni hərbi qulluqçu məhv edilib. İndi isə Qriqoryan deyir ki, problem mövcuddur və lazımi yerə ünvanlanıb.

Sual yaranır ki, kimə ünvanlanıb və ya hara ünvanlanıb? Bu problem nə vaxtdan yaranıb, Ermənistan hökuməti bundan nə vaxt xəbər tutub, avropalı müşahidəçilər bu problem barədə nə vaxt məlumat veriblər? Rus hərbi qulluqçuların “mane olduğu” Nerkin Hand istiqamətini nə vaxt müşahidə etməyə çalışıblar? Bu, ilk dəfə idi, yoxsa Aİ müşahidəçiləri əvvəllər Nerkin Hand istiqamətini müşahidə edə bilirdilər?

Digər tərəfdən, təxribat zamanı ilk dəfə müşahidə etməyə cəhd edirdilərsə, sual yaranır ki, niyə əvvəllər belə cəhd etməyiblər? Axı Nerkin Handda aylardır ki, ermənilər tərəfindən təxribatlar törədilir. Şübhə yoxdur ki, belə problemli situasiya istiqaməti aylarla dövri müşahidəyə məruz qalmalı idi.

Əgər müşahidə cəhdləri olmayıbsa, niyə olmayıb? Əlbəttə, bu sual da cavab almalıdır ki, niyə Aİ müşahidəçiləri ermənilərin təxribatlarını ört-basdır etmək üçün Rusiya amilindən istifadə edir? Bunlar ən vacib detallardır, onlarla bağlı dəqiq təsvir yalnız nə baş verdiyini anlamağa və vəziyyəti qiymətləndirməyə imkan verəcək. Eyni zamanda təbii olaraq hər hansı bir şəkildə anlaşılan ola bilməz ki, Ermənistan ərazisində hərəkətə nəzarət Ermənistan hökumətinin “ünvanı”ndan kənarda ola bilər. Deməli, Ermənistan və Aİ bu məsələdə Rusiyanı “kurçok”a salmaq yolunu tutub.

Məsələ burasındadır ki, bunlar Ermənistan hökuməti ilə tam razılaşdırılmadan, habelə təkcə yerləşdirilmə baxımından deyil, həm də iş rejimi və operativ rabitə baxımından razılaşdırılmadan həyata keçirilə bilməz. Məsələn, Aİ müşahidəçilərinin hər hansı istiqamətə keçməsinə icazə verilmirsə, o zaman müşahidəçilər Ermənistan hökumətinin müvafiq departamenti ilə əlaqə saxlamalı, o da öz növbəsində Rusiya departamenti ilə əlaqə saxlayaraq, bir neçə dəqiqə ərzində məsələni həll etməli idi. Lakin biz erməni təxribatı çərçivəsində bu operativliyi görə bilmərik. Hədəf isə öz hərbçilərinin həyatları hesabına olsa belə, Rusiyanı sıxışdırmaq, Aİ-nin fəaliyyət zonasını genişləndirməkdən ibarətdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan     Moskva  


Bizi "telegram"da izləyin