Erməni hərbi ekspert: “Fransanın məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Azərbaycan qabaqlayıcı əks-zərbə vura bilər”

2023/03/2023--1679993361.jpg
Oxunub: 367     19:17     23 Fevral 2024    
“Fransa faktiki olaraq Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır, bu da Azərbaycan Prezidenti İlham Əliyevə deməyə imkan verir ki, Fransa Ermənistanı ona qarşı müharibəyə başlamaq üçün silahlandırır”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

“Bastion” tipli zirehli vasitələr ilk dəfə Fransadan Ermənistana gətirilib. Düşünmürəm ki, həmin “Bastion”lar hərbi əməliyyatlar səhnəsində olan Ermənistana və təmas xəttində rəqibin ən ciddi silah növləri halında hər hansı bir effektivlik təmin edə bilər. Məsələn, bu, Ukraynaya təklif olundu, amma o rədd etdi, çünki, məsələn, avtomat atəşindən qoruyur, amma iriçaplı pulemyot işə düşsə, vurulur. Həmin “Bastion”lar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını əvəz edən Aİ-nin mülki missiyası üçün Ermənistana gətirilib. Cəbhədə onların əhəmiyyəti tamamilə sıfırdır”, - deyə o qeyd edib.

Fransanın müdafiə nazirinin Ermənistana gəlişi ilə bağlı açıqlamaya toxunan erməni hərbi ekspert bildirib: “Burada təhlükəli proseslərə başlayırlar. Həmçinin Azərbaycan Prezidentinin Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığı ilə bağlı çox mənfi mövqeyini nəzərə almaq lazımdır. Fransa faktiki olaraq Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır, bu da Azərbaycan Prezidenti İlham Əliyevə deməyə imkan verir ki, Fransa Ermənistanı ona qarşı müharibəyə başlamaq üçün silahlandırır. Üstəlik, bu, Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün kifayət qədər legitim əsas verə bilər. Bu baxımdan Azərbaycan qabaqlayıcı əks-zərbə vura bilər. Fransanın məqsədlərindən biri də Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, çünki Ukrayna cəbhəsində onların hara getdikləri artıq bəllidir, gec-tez NATO-nun məğlubiyyəti ilə o cəbhə bağlanacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin