Britaniya MN silahlı qüvvələrin PUA-larla təchiz edilməsinə 5,8 milyard dollar ayıracaq

2024/02/ed788-1708614281.jpg
Oxunub: 167     18:56     22 Fevral 2024    
Böyük Britaniya hökuməti növbəti 10 il ərzində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına və silahlı qüvvələrin onlarla təchiz edilməsinə 4,6 milyard funt sterlinq (5,8 milyard dollar) ayırmağı planlaşdırır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) pilotsuz müdafiə sistemlərinin inkişafı strategiyasını əks etdirən sənədində qeyd edilib.

“Müharibənin Avropaya qayıtması müdafiə tədarüklərinə möhkəm, effektiv və çevik yanaşmanın zəruriliyini vurğulayıb”, - sənəddə bildirilib.

Qeyd edilib ki, strategiyanın ilkin prioriteti Ukraynaya PUA-ların çatdırılması planının uğurla həyata keçirilməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PUA  


Bizi "telegram"da izləyin