Asiya Parlament Assambleyasının komitə iclasında müzakirə olunan 7 qərar layihəsi təsdiq edilib

2024/02/17086-1708609815.jpg
Oxunub: 195     17:40     22 Fevral 2024    
Azərbaycanın ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İqtisadi və davamlı inkişaf komitəsinin fevralın 22-də keçirilən iclasında bir neçə qərar layihələri təsdiq edilib.

Ordu.az-ın məlumatına görə, iclasda “Asiya enerji bazarının yaradılması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İqtisadi artım üçün səyləri təmin edən maliyyə işləri haqqında”, “Yoxsulluğun aradan qaldırılması haqqında”, “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu”, “Asiyada hamı üçün su və kanalizasiya haqqında” və “Asiya iqlimi maliyyə təşəbbüsü haqqında” qərar layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb.

Plenar sessiya fevralın 24-dək davam edəcək.

“Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcəkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Asiya-Parlament-Assambleyası  


Bizi "telegram"da izləyin