Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib

2024/02/32123-1708609651.jpg
Oxunub: 238     17:46     22 Fevral 2024    
Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen elan edib.

Qeyd olunub ki, yeni hərbi yardım paketi 195 milyon funt sterlinqlik həcmindədir.

Hökumət başçısının sözlərinə görə, döyüş meydanında qalib gəlməsi üçün indi Kiyevə daha çox dəstək lazımdır.

Xatırladaq ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin