Ermənistan və Fransanın baş nazirləri ticari-iqtisadi əlaqələri müzakirə ediblər

2024/02/20553-1708608882.jpg
Oxunub: 215     17:25     22 Fevral 2024    
Ermənistan Fransa hökuməti ilə müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə və genişləndirməkdə maraqlıdır.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə fransalı həmkarı Qabriel Attal ilə görüşdə deyib.

Onlar ticari-iqtisadi əlaqələr, tikinti, infrastrukturun inkişafı, enerji, su ehtiyatlarının idarə edilməsi, turizm sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin