Dumanın sədr müavini: "Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyası səmərəli fəaliyyətini davam etdirəcək"

2024/02/94d89-1708593114.jpg
Oxunub: 145     13:01     22 Fevral 2024    
Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyası (APA) regional və qlobal problemlərin həlli istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy APA-nın Bakıda keçirilən 14-cü Plenar Sessiyasında çıxışı zamanı deyib.

“Türkiyə Asiya Parlament Assambleyasına çətin bir dövrdə sədrlik edib. Türkiyəli həmkarlarımızın və bu ölkə parlamentinin sədri Numan Kurtulmuşun bu məsələdə dəyərli töhfəsini də qeyd etmək istərdim. Əminəm ki, Azərbaycanın sədrliyi ilə keçirilən Assambleya regional və qlobal problemlərin həllində ölkələrimizin parlamentlərinin səylərinin əlaqələndirilməsini və səmərəli fəaliyyətini davam etdirəcək”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   APA  


Bizi "telegram"da izləyin